3 İyul 2018 09:20
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gecə saatlarından həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində paytaxt yollarında bütün svetoforların fəaliyyəti bərpa edilib”.

Bunu Teleqraf.com-a Bakı Nəqliyyat Agentlyinin (BNA) mətbuat katibi Mais Ağayev deyib.

Onun sözlərinə görə, yarana biləcək hər hansı bir texniki nasazlığın dərhal aradan qaldırılması məqsədilə Agentliyin şəhər ərazisində texniki personaldan ibarət mobil qrupları fəaliyyət göstərir.

Qeyd edək ki, hazırda şəhər yollarında nəqliyyat vasitələrinin hərəkətində hər hansı bir çətinlik müşahidə olunmur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər