23 İyul 2018 15:29
513
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim tərəfindən qanunsuz həbs cəzasına məhkum olunmuş Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələ daim diqqətimizdədir.

Teleqraf.com xəbər verir ki, bunu XİN-in məbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. O qeyd edib ki, xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən bununla bağlı dünyanın aparıcı beynəlxalq təşkilatlarına, o cümlədən BMT-nin Baş katibinə, qurumun İnsan hüquqları üzrə Ali Komissarına, Qaçqınların İşləri üzrə Ali Komissarına, Qızıl Xaç Komitəsinə, ATƏT-in Baş katibinə müraciətlər edilib.


Müəllif: Səxavət