Yunis Səfərovla birlikdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törətmək planını hazırlayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürmə və dövlət xadiminin həyatına sui-qəsd etmə maddələrinə görə axtarışda olan Gəncə şəhər sakini Sərxani Ağa Hüseyn oğlu silahli müqavimət göstərdiyinə görə “Aslanlar” tərəfindən məhv edilib.
Teleqraf.com-a hüquq-mühafizə orqanlarından daxil olan məlumata görə,onun 2016-cı ildə Suriya ərazisində silahlı birləşmələrin tərkibində döyüş təlimi keçdiyi, mütəmadi olaraq İrana səfərlər etdiyi məlum olub.