Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov həyat yoldaşı Tatyana Navkoy ilə birgə Bakıya gəlib.
Axar.az xəbər verir ki, Peskov və xanımını azərbaycanlı iş adamı, "Krokus Qrup"un rəhbəri Araz Ağalarov müşayiət edir. Peskovun Nardaranda xanımı ilə birgə dincəlməyə gəldiyi bildirilir.
Peskov qeyd edib ki, təxminən 4 il Bakıda olmayıb. Şəhər bu müddət ərzində çox dəyişib.
Qeyd edək ki, qonaqlar hazırda "Jara-2018" musiqi festivalında iştirak edirlər.