1 Avqust 2018 11:41
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanda xidmət sahələri üzrə inflyasiya azalıb".

Bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, orta illik inflyasiya 4 dəfədən çox aşağı düşüb.

"İnflyasiya xidmət sahələri üzrə azalıb, tekstil, sənaye sahləri üzrə artıb. Ev təsərrüfatları üçün ümum inflyasiya göstəriciləri 3,9% qiymətləndirilir", - deyə sədr bildirib.

Onun sözlərinə görə, Tarif Şurasının nəqliyyatda qiymət artımı ilə bağlı son qərarının inflyasiyaya təsiri minimal olacaq: "Lakin düşünmürük ki, bu artım inflyasiyanı 6-7%-lik hədəf dəhlizindən kənarlaşdıra bilər. Bütövlükdə qiymət dəyişikliyi bu sektorda fəaliyyətlə məşğul olan biznes qurumaların fəaliyyətini tənzimləmək istiqamətində atılan addımlar kimi qiymətləndirmək lazımdır: "Bu sektorda fəaliyyət göstərən qurumların maliyyə sağlamlığı təqdim etdiyi xidmətlərin keyfiyyəti ilə birbaşa bağıldır. İnflyasiyaya təsir edən əsas amil məzənnə sabitliyidir. E.Rüstəmov əlavə edib ki, AMB məzənnə gözləntilərini sabitləşdirəndən sonra inflyasiya sabitliyinə nail olunub: "Bu da inflyasiyanın idarə olunmasında mühüm rol oynayıb".


Müəllif: Mənbə/APA

Oxşar xəbərlər