SOCAR tərəfindən 6.3 milyard dollarlıq investisya ilə qurulan STAR Neft Emalı Zavoduna 80.000 tonluq ilk xam neft yükü Azərbycandan gəlib. Fəaliyyətə başlama ərəfəsində olan zavodda açılış tarixi - oktyabr ayına qədər sınaq məqsədi ilə emal həyata keçiriləcək.
Teleqraf.com xəbər verir ki, “SOCAR Türkiyə”nin Baş direktoru (CEO) Zaur Qəhrəmanov STAR NEZ-ə ilk xam neftin SOCAR-ın vətəni olan Azərbaycandan gətirilməsinin böyük məna ifadə etdiyini bildirib.
SOCAR tərəfindən 6.3 milyard dollarlıq investisiya ilə qurulan STAR NEZ Türkiyədə özəl sektor tərəfindən ən böyük investisiyadır və avqust ayı etibarı ilə ilk test emalını həyata keçirməyə başlayıb. STAR NEZ-in fəaliyyətə başlamadan əvvəl ən vacib mərhələlərindən biri sayılan sınaq fəaliyyəti məqsədi ilə 80.000 tonluq ilk xam neft 244 metr uzunluğundakı Abşeron tankeri ilə gətirilib. Bu ilk xam neft SOCAR-ın vətəni Azərbaycandan gələn “Azəri Layt”dır.
İlk xam neftin gəlişi münasibəti ilə təşkil olunan tədbirdə çıxış edən “SOCAR Türkiyə”nin Baş direktoru Zaur Qəhrəmanov bu ilin dördüncü rübündə fəaliyyətə başlayacaq zavodun sınaq fəaliyyətinin uğurlu bir şəkildə davam etdiyini qeyd edib:
“SOCAR Türkiyə” olaraq, Türkiyənin ən böyük sənaye qrupu olma yolunda hər keçən il sürətlə irəliləyərkən, strateji investisiyalarımızla ölkə iqtisadiyyatına və sənayesinə güc qatmağa davam edəcəyik. Yerli istehsalı artıran, idxalata bağlılığı və cari kəsiri azaldan, yeni iş yerləri yaradan sərmayələrimizi önümüzdəki illərdə də genişləndirəcəyik”.
SOCAR-ın strateji böyümə trendləri arasında xarici bazarlardakı investisyaların genişləndirilməsinin önəmli bir yer tutduğunu qeyd edən Qəhrəmanov bildirib ki, dünya enerji bazarında əmin addımlarla irəliləyən SOCAR bir çox ölkədə fəaliyyətini davam etdirir:
“Bu ölkələr arasında Türkiyə bizim üçün çox önəmli bir yerə sahibdir. SOCAR olaraq, Azərbaycan və Türkiyə iqtisadiyyatlarının inkişafına dəstək verməyə davam edəcəyik. Bu çərçivədə Türkiyə dövləti ilə həyata keçirdiyimiz əməkdaşlıq bizim üçün böyük önəm və məna ifadə etməkdədir”.
STAR NEZ-in Baş direktoru Məsud İltər bildirib ki, Avropa, Orta Şərq və Afrikanı əhatə edən, bölgədəki ən böyük neft əməliyyatlarından biri olan STAR NEZ-in fəaliyyətə başlamadan əvvəl ən vacib məqamlardan biri sayılan sınaq fəaliyyəti üçün ilk neftin Azərbaycandan gəlməsi iki qardaş ölkə arasındakı tarixi əməkdaşlığın bir nümunəsidir:
“Müəssisələrimizdə dövriyyə alma hazırlıqları və sınaq işlərindən sonra ilk testimizi də reallaşdırma mərhələsinə gəldik. Hədəfimiz STAR NEZ-i planlaşdırdığımız kimi, bu ilin üçüncü rübündə güvənli bir şəkildə tamamlayaraq fəaliyyətə başlamağını təmin etmək, eyni zamanda, Azərbaycan və Türkiyə iqtisadiyyatlarına dəyər qatmaqdır”.
STAR NEZ-in iqtisadiyyatın vacib dinamiklərindən biri olacağını ifadə edən İltər vurğulayıb ki, Türkiyənin ilk Strateji Yatırım Təşviq Sənədinə sahib olan STAR NEZ Türkiyədə cari kəsirin azalmağına hər il 1.5 milyard dollarlıq töhfə verəcək:
“İlk enerjiləndirməni etdiyimiz 2017-ci ilin avqust ayından bugünə böyük bir əzm və qərarlılıqla fəaliyyət göstəririk. Artıq istehsaldan əvvəl son mərhələdəyik. Türkiyə və Azərbaycan iqtisadiyyatlarına böyük dəyər qatacaq istehsal əməliyyatına ilk xam neftin axışıyla başlamış oluruq. Bu, bizim üçün böyük bir qürur qaynağıdır. 4.8 milyon ton dizel yanacağı və 1.6 milyon ton nafta ilə bərabər ölkəmizdəki cari kəsirin önəmli hissələrindən olan jet yanacağı və LPG kimi neft məhsullarının istehsalını da reallaşdıracaq STAR NEZ ilə Türkiyənin qlobal enerji bazarında rəqabət gücü də artacaq”.
“SOCAR Türkiyə”nin hədəfləri arasında böyük önəmə sahib olan neft emalı və neft-kimya inteqrasiyasını təmin edəcək Türkiyənin ilk neft-kimya təsisi “Petkim”in xam maddə ehtiyacının tamamına yaxınını təmin edəcək STAR NEZ yeni iş yerlərinin açılmasına da töhfə verəcək. Layihənin həyata keçirilmə müddətində 19.500 işçi sayına sahib olacaq zavod, istehsala başladığında 1100 nəfərlik yeni iş yeri açacaq.