12 Sentyabr 2018 09:02
906
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Arxiv İdarəsinin kollegiyasının tərkibi haqqında qərara dəyişiklik edilib.

Teleqraf.com-un məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədovun imzalayıb.

Dəyişikliyə əsasən, Milli Arxiv İdarəsinin kollegiya üzvlərinin sayı 7 nəfərdən ibarət müəyyən edilib və aşağıdakı tərkibdə təsdiq olunub:

Kollegiyanın sədri

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi

Kollegiyanın üzvləri:

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisinin müavini

Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin təşkilat-metodika və beynəlxalq əlaqələr şöbəsinin müdiri

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin komplektləşdirmə, idarə arxivləri və kargüzarlıq şöbəsinin müdiri

Azərbaycan Respublikası Dövlət Arxivinin direktoru

Azərbaycan Respublikası Dövlət Kino-Foto Sənədləri Arxivinin direktoru


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər