Bu il Qərbi Azərbaycandan azərbaycanlıların sonuncu dəfə deportasiya edilməsinin 30 illiyidir. 1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar Ermənistanda kütləvi şəkildə deportasiya edilib.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisdə deputat Məlahət İbrahimqızı deyib.
O, xatırladıb ki, həm mərhum prezident Heydər Əliyev, həm də Prezident İlham Əliyev azərbaycanlıların Ermənistandan deportasiyasına dair çoxlu sayda qərar və sərəncamlar verib: “Elə bir tədbir yoxdur ki, Prezident İlham Əliyev orada İrəıvan, Gəncə, Zəngəzur haqda mesaj verməsin”.
Sonda deputat parlamentin sədri Oqtay Əsədovadan xahiş edib ki, Qərbi Azərbaycandan azərbaycanlıların deportasiya edilməsinin 30-cu ildönümü ilə bağlı Milli Məclisdə tədbir keçirilməsini təmin etsin”.