7 Oktyabr 2018 11:40
947
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Regional məsələlər Komitəsinin sədri Arif Rəhimzadə MDB Parlament Assambleyasının Sosial siyasət və İnsan hüquqları daimi komissiyasının iclasında iştirak etmək üçün oktyabrın 8-dən 11-dək Rusiyada səfərdə olacaq.

Teleqraf.com xəbər verir ki, Sankt-Peterburq şəhərində keçiriləcək toplantıda quruma üzv ölkələrin Əmək və Miqrasiya kodekslərinin model variantlarının işlənməsi, QİÇS-lə mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, uşaqların sağlamlığının qorunması ilə bağlı problemlər və digər məsələlər müzakirə ediləcək.


Müəllif: Cavad

Oxşar xəbərlər