Sabah Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının Nəzarət-büdcə komissiyasının iclası keçiriləcək.
Teleqraf.com xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı İqbal Məmmədov da iştirak edəcək.
İclasda MDB Parlamentlərarası Assambleyasının fəaliyyətinin maliyyələşdirilməsi, təşkilata üzvlük haqlarının formalaşdırılması və istifadəsi mexanizminin təkmilləşdirilməsi məsələləri müzakirə olunacaq.