13 Noyabr 2018 18:31
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Büdcəni tərtib edənlər sanki ölkəmizdə neft, qaz yoxmuş kimi hazırlamalıdırlar. Dövlətin inkişafı elm və təhsillə bağlıdır”.

Bu sözləri Musa Qasımlı Milli Məclisdə 2019-cu il büdcə müzakirələri zamanı çıxış edərkən deyib.

Millət vəkili büdcədən Azərbaycan elminə mümkün qədər çox vəsait ayrılmasını təklif edib:

“Xüsusən akademiya elminə daha çox vəsait ayrılmalıdır. Bununla yanaşı universitetlərimizi gücləndirməliyik”.

Millət vəkili özəl bankların mövcud fəaliyyətinin vətəndaş dövlət arasında uçurum yaratdığını deyib:

“Bütün banklar Azərbaycan qanunvericiliyinə əsasən yaradılıb. Lakin bu gün bankalar ölkədə sosial gərginlik, siyasi hakimiyyəti təhdid edən ünsur halına gəlib. Hökümət bu sahədə ciddi tədbir görməlidir.Bununla yanaşı şəhid ailələri ilə bağlı problem də qısa zamanda həll edilməlidir. Bu sadəcə maliyyə deyil, dövlətçilik, vətənpərvərlik, azərbaycançılıq məsələsidr. Bu məsələdə gərginlik yaratamamalıyıq”.

Millət vəkili vətəndaşların ələbaxımlığını aradan qaldırmaq üçün özünüməşğulluq xidmətinin inkişafına dəstək verilməsini təklif edib:

“Bununla yanaşı hər hansı bir qurumda əmək haqqının artırılması cərimə əsasında müəyyən edilməməlidir. Bu qayda vətəndaşı hakimiyyətrdan narazı salır, bu barədə düşünməliyik”.


Müəllif: Cavad

Oxşar xəbərlər