“Mən burada hamıdan yuxarıda otururam və izləyirəm. Günün birinci yarısı iclasda olanların 30 faizi ikinci yarısında olmur. Bunu durub elan etməli deyiləm ki?”
Teleqraf.com-un məlumatına görə, bu sözləri spiker Oqtay Əsədov millət vəkillərinin günün ikinci yarısında iştirak etmədiyinə görə məsuliyyətə cəlb edilmələri ilə bağlı iradlara münasibət bildirərkən deyib.
Spiker bildirib ki, bəzi deputatlar aylarla ikinci hissədə iştirak etmir:
“İstəyirsiniz günün ikinci yarısı yenidən qeydiyyatdan keçək? Bizim işimiz bu iclaslarda iştirak etməkdir. Adamlar var aylarla birinci yarıda gəlir, iclasın ikinci yarısı olmur. Bu məsələlərə son qoymaq lazımdır”.