2040-cı ilə kimi dünyada elektrik enerjisi sektorunda investisiyaların 3/2-nin bərpaolunan enerji mənbələrinə payında düşəcək.
Teleqraf.com xəbər verir ki, bunu bu gün keçirilən aqrar və yaşıl texnologiyalar üzrə “AgTech and Green Energy” mövzusunda Beynəlxalq Forumunda Energetika naziri Pərviz Şahbazov deyib:
“Enerji tələbatındakı artım bu mənbələr hesabına ödənəcəyi gözlənilir”.
Nazir qeyd edib ki, Azərbaycanda enerji resurslarında səmərəli istifadə və enerji effektivliyi haqqında qanun layihəsi hazirlanır.