13 Dekabr 2018 15:22
1 097
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Teleqraf.com-un xəbərinə görə, məktubda deyilir: "Hörmətli cənab Prezident, Əziz Qardaşım, Ankarada baş vermiş dəmir yolu qəzası nəticəsində insan tələfatı və yaralananlar barədə xəbər məni son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər