25 Fevral 2019 19:57
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xocalı soyqırımın 27-ci ildönümü ilə bağlı Türkiyənin paytaxı Ankarada, eyni zamanda, bir çox bölgələrində çoxlu anım tədbirləri keçirilir və keçiriləcək.

Bu barədə Teleqraf.com-a Azərbaycan Respublikasının Türkiyədəki səfirliyindən məlumat verilib.

Məlumatda qeyd edilib ki, bu gün Ankaranın Qızılcahamam Bələdiyyəsi ilə birlikdə bələdiyyə ərazisində yerləşən Xocalı abidə-muzey kompleksində anım tədbiri keçirilib.

Saat 15:00-da Türkiyənin Böyük Birlik Partiyasının (BBP) təşəbbüsü ilə anım tədbiri keçiriləcək.

Sabah isə Ankaranın Keçirörən rayonunda yerləşən Xocalı soyqırımı abidəsinin önündə, Türkiyə Vəkillər Kollegiyasının konfrans zalında, Qazi Universitetində geniştərkibli tədbirlər keçiriləcək.

Azərbaycanın Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim bu gün Xocalı ilə bağlı Türkiyənin bir neçə televiziya kanalında və xəbər agentliyində (Haber Global, TRT Avaz, TRT World və Anadolu agentliyi) müsahibə ilə çıxış edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər