“Əminik ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvo uzun müddət belə qala bilməz”.
Bunu Avropa İttifaqı Şurasının sədri Donald Tusk martın 5-də Brüseldə Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirdiyi birgə mətbuat konfransında bildirib.
“İki tərəf arasında danışıqlar prosesi və təmaslar ümidi artırır. Əminik ki, status-kvo uzun müddət belə qala bilməz. Beynəlxalq hüquq normaları çərçivəsində münaqişənin siyasi həllinin tapılması vacibdir”, - deyə Donald Tusk vurğulayıb./Report/