13 Mart 2019 14:15
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev martın 13-də BMT İnkişaf Proqramının rəhbərinin müavini, Avropa və MDB üzrə Regional Bürosunun direktoru xanım Miryana Eqqerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Teleqraf.com xəbər verir ki, dövlət başçısı BMT İnkişaf Proqramının ölkəmizdə iyirmi ildən artıq bir dövrdə uğurla fəaliyyət göstərdiyini qeyd edərək, xüsusilə Azərbaycanın müstəqilliyinin ilk illərində bu Proqramın və BMT-nin digər ixtisaslaşmış təsisatlarının ölkəmizə dəstəyinin yüksək qiymətləndirildiyini vurğulayıb.

BMT İnkişaf Proqramının rəhbərinin müavini, Avropa və MDB üzrə Regional Bürosunun direktoru xanım Miryana Eqqer Azərbaycanın yüksək göstəricili orta gəlirli ölkələr sırasında olduğunu qeyd edərək BMT İnkişaf Proqramının Azərbaycanla əməkdaşlıqdan məmnun olduğunu bildirib. O, BMT İnkişaf Proqramının iqtisadi şaxələndirmə, xırda və orta sahibkarlığın inkişafı və Azərbaycan üçün prioritet olan digər sahələrdə ölkəmizlə uzunmüddətli tərəfdaşlığa hazır olduğunu deyib.

Görüşdə Azərbaycanın beynəlxalq humanitar layihələrə verdiyi töhfənin əhəmiyyəti qeyd olunaraq bu sahədə Azərbaycan və BMT İnkişaf Proqramı arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

***

12:45

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də BMT İnkişaf Proqramının rəhbərinin müavini, Avropa və MDB üzrə Regional Bürosunun direktoru xanım Miryana Eqqeni qəbul edib.

Teleqraf.com-un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər