Milli Məclisin deputatı Xanlar Fətiyev Almaniyanın paytaxtı Berlinə səfər edib.
Teleqraf.com xəbər verir ki, o, “Cənubi Qafqazda sabitlik və təhlükəsizlik, Azərbaycan-Almaniya əməkdaşlığının perspektivləri” mövzusunda keçiriləcək simpoziumda iştirak edəcək.
Tədbirdə bölgədə sabitliyin və təhlükəsizliyin təmin edilməsi, bu sahədə parlamentarilərin rolu və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq.