Xarici işlər naziri Elmar Məmmədyarov Norveç Krallığının Azərbaycana yeni təyin olunmuş səfiri Bard İvar Svendseni qəbul edib.
XIN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə iki ölkə arasında əlaqələrin mövcud inkişaf səviyyəsindən, xüsusilə enerji sahəsində uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub.
E.Məmmədyarov səfiri təbrik edib və ona gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Səfir Bard İvar Svendseni iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə iki ölkə arasında siyasi dialoqun daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Səxavət
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müracət edəcəyik.