4 May 2019 16:07
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə nazirinin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, birlik komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə birləşmə komandirləri və digər məsul zabitlər də cəlb olunub.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusunun hərbi potensialının gücləndirilməsi ilə bağlı qarşıya qoyduğu konkret vəzifələri rəhbər heyətə çatdıran Müdafiə naziri əsas diqqətin bütün qoşun növ və qismlərinin, xüsusilə ön xətt bölmələrinin döyüş qabiliyyətinin yüksəldilməsinə yönəldilməsini tapşırıb.

Müdafiə naziri döyüş hazırlığı planına uyğun olaraq gecə və gündüz vaxtı real döyüş şəraitinə və ərazisinə uyğun keçirilən təlim və məşqlərin intensivliyinin artırılması, gizli idarəetmə və maskalanmanın tələblərinə, ümumi təhlükəsizlik məsələlərinə, xüsusilə də yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməklə qoşunların operativliyinin, döyüş hazırlığının yüksəldilməsi, birlik və birləşmələrin silah, döyüş və xüsusi texnikasının yay mövsümündə istismar rejiminə keçidinin təşkili ilə bağlı vəzifəli şəxslər qarşısında tapşırıqlar qoyub.

Nazir döyüş hazırlığının daha keyfiyyətli təşkili, hərbi peşəkarlıq səviyyəsinin artırılması, şəxsi heyətin hərbi vətənpərvərlik və döyüş ruhunun yüksəldilməsi məqsədilə ideoloji işin və mənəvi-psixoloji təminatın gücləndirilməsi, habelə digər xidməti məsələlərin həlli ilə bağlı konkret göstərişlər verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər