17 May 2019 13:00
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeyinti məhsulları ilə bağlı yeni dövlət rüsumunun tətbiq olunması təklif edilir.

Teleqraf.com xəbər verir ki, bu məsələ Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan “Yeyinti məhsulları haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Qanunun 7-ci maddəsinə (Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı) təklif edilən bəndə əsasən, qida təhlükəsiziyi sertifikatının verilməsinə və qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasına (reyestrdən çıxarışın verilməsinə, çıxarışın dublikatının verilməsinə və reyestr məlumatlarında fəaliyyət sahəsindən asılı olaraq dəyişikliklərin edilməsinə) görə “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutululur.

“Baytarlıq haqqında” qanunun 39-cu maddəsinə (Baytarlığın maliyyə təminatı) təklif edilən dəyişikliyə əsasən isə baytarlıq şəhadətnaməsinin, sertifikatının, baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsinin, heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının verilməsinə və ətin, heyvan və quş cəmdəklərinin üzərinə nişan qoyulmasına görə “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə dövət rüsumu tutulur.


Müəllif: Cavad

Oxşar xəbərlər