“Azərbaycan və Ermənistan arasında əsirlərin dəyişdirilməsi Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə baş tutub”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirliyinin mətbuat katibi Anna Nağdalyan deyib:
“Proses Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə baş tutdu. Azərbaycan tərəfinə verilən Elvin İbrahimov ciddi bir cinayət törətməyib, o, sadəcə olaraq bu ilin mart ayında yanlış olaraq Ermənistan tərəfinə keçib.
Habelə 2017-ci ildə naməlum səbəblərdən Azərbaycan tərəfinə keçən Zaven Karapetyan qarşı tərəfdən Ermənistana təhvil verildi. Bu da Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə oldu. Yəni, bu, birbaşa Azərbaycan və Ermənistan arasında olan təmasların nəticəsi deyil”.
Qeyd edək ki, bu gün Ermənistanda əsir saxlanılan Azərbaycan vətəndaşı Elvin İbrahimov Azərbaycanda əsirlikdə olan Ermənistan vətəndaşı Zaven Karapetyanla dəyişdirilib.