AŞPA komitələrinin iclaslarında iştirak etmək üçün Milli Məclisin deputatı Sahibə Qafarova dekabrın 1-dən 5-dək, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva isə dekabrın 2-dən 4-dək Fransanın paytaxtı Parisdə səfərdə olacaq.
Teleqraf.com xəbər verir ki, Sahibə Qafarova qurumun Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin, həmçinin Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclaslarına qatılacaq. Sevinc Fətəliyeva Sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsində “Autizm sindromlu insanlara və onların ailələrinə dəstəyin göstərilməsi” mövzusunda məruzə edəcək.
AŞPA-nın komitə iclaslarında Avropadakı qaçqın və miqrant uşaqlar, orqan nəqli turizmi, süni intellekt və əmək bazarları, səhiyyə sahəsində süni intellektin tətbiqi ilə əlaqədar qarşıda duran tibbi, hüquqi və etik problemlər və digər aktual məsələlər müzakirə olunacaq.