29 Noyabr 2019 17:58
1 747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında yeni şöbə yaradılıb.

Teleqraf.com xəbər verir ki, yeni şöbə Hüquq ekspertizası şöbəsi adlanır.

Prezident İlham Əliyevin sərəncamı ilə Şahin Məhərrəm oğlu Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq ekspertizası şöbəsinin müdiri təyin edilib.

Xatırladaq ki, Ş.Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri vəzifəsini icra edib.


Müəllif: Teleqraf.com