25 Yanvar 2020 16:29
940
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatoru Devid Con Hörliyə təbrik məktubu göndərib.

Teleqraf.com xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab General-Qubernator,

Avstraliya Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan Respublikası ilə Avstraliya İttifaqı arasındakı dostluq əlaqələrinin və əməkdaşlığın inkişafı bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstraliya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər