Bakı Konqres Mərkəzində "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" adlı beynəlxalq konfrans işə başlayıb.
Ardıcıl 4-cü il təşkil olunan tədbir "İdman və Şəhər" mövzusunda keçirilir. Konfrans Bakıda 5-ci dəfə keçiriləcək "Formula 1" üzrə Qran-priyə həsr olunub.
Mərasimdə gənclər və idman naziri Azad Rəhimov, "Formula 1" Şirkətlər Qrupunun Baş İcraçı Direktoru və sədri Çeyz Keri, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, AFFA-nın baş katibi və İcraçı vitse-prezidenti Elxan Məmmədov iştirak edir./Report/