27 Fevral 2020 01:36
1 469
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda koronavirusa ilk yoluxma halı qeydə alındıqdan sonra Səhiyyə naziri Yekaterina Tikaradze və Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin direktoru Amiran Qamkrelidze brifinq keçirib.

Teleqraf.com xəbər verir ki, brifinqdə İrandan Azərbaycan vasitəsilə Gürcüstana gedən 50 yaşlı şəxsin hazırda Tbilisidə Mərkəzi Yoluxucu Xəstəliklər Xəstəxanasında karantində olduğu bildirilib. Tikaradzenin sözlərinə görə, virusun Gürcüstanda epidemiya halı almaması üçün tədbirlər görülür. Onun sözlərinə görə, brifinqdən əvvəl Baş Nazir Georgi Qahariya ilə görüşüb və hökumət iki həftəliyə Azərbaycanla sərhədi bağlamaq qərarına gəlib.

İran vətəndaşlarının Gürcüstana, Gürcüstan vətəndaşlarının isə İrana gediş-gəlişi qadağan edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər