ABŞ Müdafiə Nazirliyi orduda koronavirus epidemiyasının yayılmasını önləmək üçün tədbirlərə start verib.
Teleqraf.com-un məlumatına görə, Quru Qoşunları Tibbi Elmi-Tədqiqat komandiri, briqada generalı Maykl Telli peyvənd işləri ilə əlaqədar açıqlama verib:
“Quru qoşunlarının laboratoriyasının xəstəliklərə nəzarət mərkəzi səhiyyə sənayesi və akademiyalardan olan bir çox qurumla birlikdə peyvəndi test etməyə başlayıblar. Potensial peyvəndlər ən qısa müddətdə insanların üzərində sınaqdan keçirilməyə başlanacaq”.
Volter Red Piyada Qoşunları Araşdırma Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Kavyon Modjarrad bildirib ki, peyvənd testləri ilk olaraq siçanlar üzərində aparılacaq: “İkinci mərhələdə testlər insan anatomiyasına yaxın heyvanlarda, o cümlədən meymunlarda tətbiq oluncaq.
Testlərin insanlar üzərində tətbiq ediləcəyi vaxt isə dəqiq deyil”.