İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən yeni növ koronavirus infeksiyasının yayılmasına qarşı Respublikada həyata keçirilən sosial izolyasiya tədbirlərinə dəstək məqsədi ilə maraqlı aksiya təşkil edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, İsmayıllı rayon polis şöbəsinin dövlət yuol polisi bölməsinin əməkdaşları tərəfindən avtonəqliyyat vasitələri saxlanılaraq, sürücü və sərnişinlərə tibbi spirt, maska və əlcək verilib.
Həmçinin gigiyena qaydalarına riayət etmələrinin vacibliyi onların diqqətinə çatdırılıb. Polis əməkdaşları həmin şəxslərə evdə qalmaları və ehtiyac olmadığı təqdirdə çölə çıxmamalarını tövsiyyə ediblər.
Sürücülər də onlara göstərilən diqqət və qayğıya görə, öz minnətdarlıqlarını bildiriblər.
Bundan başqa, Xaçmaz rayon polis şöbəsi yeni növ koronavirus infeksiyasının yayılmasına qarşı Respublikada həyata keçirilən sosial izolyasiya tədbirlərinə dəstək olaraq maraqlı və nəcib aksiya təşkil olunub.
Tədbir çərçivəsində Xaçmaz rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən sürücülərə və həmin avtomobildə olan sərnişinlərə tibbi spirt, maska və əlcəklər paylanıb.
Həmçinin vətəndaşlara bir daha gigiyena qaydalarına riayət olunmasının əhəmiyyəti çadırılıb, özlərinin və yaxınlarının müəyyən edilmiş qayda və tövsiyyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyi xatırlanıb. Aksiya çərçivəsində ümumilikdə 300-dən artıq sürücüyə tibbi spirt, maska və əlcək paylanıb.
Eyni zamanda bu tədbirlər Xaçmaz rayon polis şöbəsinin inzibati binasında da davam etdirilir.
Belə ki, şöbəyə gələn hər bir vətəndaşın əllərinin dezinfeksiya olunması, əlcək və tibbi maska ilə təmin olunması həyata keçirilir.
Rayon sakinləri və sürücülər Xaçmaz polisi tərəfindən keçirilən bu nəcib aksiyaya və göstərilən diqqətə görə bütün polis əməkdaşlarına minnətdarlıqlarını ifadə ediblər.