Güney Azərbaycanda Ermənistanın Tovuz rayonunda həyata keçirdiyi son təxribatçı hücumlarına qarşı Azərbaycana dəstək vermək üçün mitinqə çağırış olunub.
Teleqraf.com xəbər verir ki, Güney Azərbaycanın milli fəalları tərəfindən yayılan bəyanatda iyulun 16-da Təbriz və Tehran şəhərlərində Azərbaycana dəstək mitinqi keçiriləcəyi bildirilib.
Mitinq yerli vaxtla saat 18:00-da Təbrizdə Azərbaycan Respublikasının konsulluğu qarşısında, Tehranda isə işğalçı rejimin səfirliyi önündə həyata keçiriləcək.
“İşğalçı Ermənistan ordusunun Azərbaycan xalqına və torpaqlarına qarşı hücumları davam etsə, Güney Azərbaycanda, eləcə də İranda türklərin yaşadığı bütün ərazilərdə, xüsusilə də Şimali Azərbaycanla həmsərhəd məntəqələrdə Azərbaycana dəstək aksiyaları keçiriləcək; ümumi səfərbərlik elan olunacaq və bütün işğal olunmuş torpaqların azad olunmasına qədər müharibədə iştirak edəcəyik”, - bəyanatda bildirilib.