18 İyul 2020 19:23
1 140
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Tovuz bölgəsi istiqamətindən Azərbaycana hərbi provokasiyası zamanı xaricdə yaşayan həmvətənlərimizin müstəqilliyimizi yüksək səviyyədə dəstəkləməsi xalqımızın diqqətini çəkdi.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.

"Dəyərli həmvətənlərimiz daha çox ölkədə, daha çox insan izdihamı ilə doğma vətəni müdafiə etmələri, yaşadıqları ölkə icitimaiyyətini Ermənistanın məkrli siyasəti barədə məlumatlandırmaqları hər birimizdə qürur hissi doğurdu. Nümayişçilərin içərisində çox sayda gənclərimiz var idi, onların Azərbaycanı müdafiə etməyi özlərinə bir şərəf və mənəvi borc bildikləri açıq görünürdü. Var olun, əziz bacı və qardaşlarımız, əziz gənclərimiz, sizlərlə fəxr edirik, sizlər adımız və qürurumuzsunuz", - deyə Aydın Mirzəzadə qeyd edib.

Onun sözlərinə görə, diaspor nümayəndələrimiz yaşadıqları ölkənin layiqli vətəndaşları olmaqla yanaşı Azərbaycana bağlılıqlarını da çox bariz nümayiş etdirdilər.


Müəllif: Teleqraf.com