Erməni təxribatının qarşısı uğurla alınır, düşmənə layiqli cavab verilir.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Hikmət Hacıyev media nümayəndələrinin alqışı altında xalqımızı ilk qələbə münasibəti ilə təbrik edib.
H.Hacıyev bildirib ki, artıq real nəticələr var, bir sıra strateji yüksəklikər, bir sıra ərazilər, kəndlər işğaldan azad edilib.