10 Oktyabr 2020 15:42
1 868
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müvəqqəti atəşkəsin müddəti barədə məlumat yoxdur və müddət göstərilməyib.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov bu gün keçirilən brifinqdə deyib:

"Proses Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən həyata keçiriləcək. Kifayət qədər geniş ərazidə qızğın döyüşlər gedib. Prosesin nə qədər vaxt alacağını öncədən demək çətindir.

Yalnız əməliyyatlar başladıqdan sonra Qızıl Xaç Komitəsi bu barədə geniş məlumat verəcək".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər