10 Oktyabr 2020 19:19
2 433
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan ərazisindən Azərbaycanın Mingəçevir şəhərinə NATO kod adı "Scud" olan ballistik raketi buraxılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter hesabında yazıb.

"Raket S-300 Hava Hücumundan Müdafiə Qüvvələrimiz tərəfindən məhv edilib. Raketin buraxılma anında təhqiramiz erməni ifadələri səslənir. Ermənistanın dövlət terroruna son qoyulmalıdır. Bu video Ermənistandandır", - deyə qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər