22 Oktyabr 2020 11:00
1 039
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Çində istehsal olunan COVID-19 peyvəndləri dekabr ayında hazır olacaq.

Teleqraf.com xəbər verir ki, bunu Venesuela Prezidenti Nikolas Maduro açıqlayıb.

Prezident ölkənin bütün əhalisini peyvəndlə təmin etmək üçün çalışdıqlarını bildirib. Maduro həmçinin xalqın pulsuz peyvəndləməyə hazır olmasını da istəyib.

Digər tərəfdən, Venesuelada epidemiya ilə əlaqədar tədbirlər çərçivəsində məhdudlaşdırılan bəzi sektorlarda iş yerlərinin yenidən fəaliyyətə başlayacağı bildirilir.

Qeyd edək ki, Venesuelada bu günə qədər virusdan 747 nəfər ölüb, ümumi yoluxma sayı 87 min 644 olub.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər