25 Oktyabr 2020 19:15
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ordusunun keçirdiyi fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi məhv edilib.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

Onun sözlərinə görə, eləcə də 3 tank, 2 PDM, 6 artilleriya qurğusu, 1 ədəd “Qiasint-B” topu, 2 ədəd “QRAD”, 1 komanda idarəetmə məntəqəsi, 9 ədəd avtomobil texnikası və bir neçə atəş məntəqəsi məhv edilərək sıradan çıxarılıb:

“Hazırda bölmələrimiz cəbhəboyu döyüşləri davam etdirir” - A.Eyvazov qeyd edib.


Müəllif: Teleqraf.com