Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi önündə təxribat törədənlər müəyyən olunub. Onlar Rusiya qanunlarına uyğun olaraq cəzalandırılacaqlar.
Teleqraf.com Azərbaycanın Rusiyadakı səfirliyinə istinadən xəbər verir ki, oktyabrın 27-si saat 10:48-də səfirliyin inzibati binasının yaxınlığında Müslüm Maqomayevin abidəsinə yaxınlaşan iki naməlum şəxs postamentində dəmir zəncirlərlə möhkəmləndirərək anti-Azərbaycan yönümlü mətni olan lövhə yerləşdiriblər. Lövhə həmin gün saat 11:53-də aşkar edildikdən dərhal sonra oradan götürülüb. Bu faktla əlaqədar səfirlik dərhal bütün lazımi tədbirləri görən Moskvanın hüquq-mühafizə orqanlarına müraciət göndərib.
Səfirlik bu təxribatı törədənlərin müəyyən edildiyini və Rusiya Federasiyası qanunlarına uyğun olaraq ən yüksək səviyyədə cəzalandırılacaqlarını bildirib.