Almaniyanın müxalif Yaşıllar və Sol partiyaları insan haqları pozuntusu, Şərqi Aralıq dənizi, Dağlıq Qarabağ, Liviya və Suriya məsələlərinə istinad edərək Türkiyəyə silah embarqosunun tətbiqi üçün parlamentə təklif verib.
Teleqraf.com xəbər verir ki, Sol Partiyanın hazırladığı "Türkiyəyə silah yoxdur" təklifi bu həftə Federal Məclisə göndərilib.
Təklifin gələn həftə parlamentin gündəmində olacağı gözlənilir.
Təklifdə bildirilir: “Ankara müasir silah sistemlərinə sahib olmaq istəyir. Böyük və müstəqil hərbi sənaye qurmağı, quru, hava və dəniz qüvvələri, döyüş tankları, təyyarələr, orta mənzilli raketlər, pilotsuz uçuş aparatları (PUA) və sualtı qayıqların istehsal gücünü genişləndirməyi hədəfləyir”.
Təklifdə federal hökumətin təsdiqlədiyi hərbi ixracat icazəsi ilə alman şirkətlərin Türkiyəyə 12 milyon 800 min avro dəyərində avadanlıq satdığı və bu səbəblə Türkiyənin PUA donanması quruğu bildirilir. Qeyd olunur ki, Türkiyənin cənub-şərqində kürdlərə qarşı həyata keçirilən savaşda İraqda, Suriyanın şimalında, Liviyada, eləcə də Dağlıq Qarabağda türk hərbi PUA-larından istifadə edilib.
Sol Partiya təklifdə xüsusilə yaz ayında Türkiyənin Şərqi Aralıq dənizində qaz yataqlarının axtarışına döyüş gəmilərini cəlb etdiyinə də diqqət çəkib.