Atamın Azərbaycana qaytarılması barədə bizə heç bir rəsmi məlumat verilməyib. Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları bizimlə əlaqə yaratmayıblar.
Bu sözləri Teleqraf.com-a erməni əsirliyində olan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib.
O, atasının Azərbayacana qaytarılması barədə yayılan xəbərlərin əsassız olduğunu deyib: “Yayılan xəbərləri oxumuşam. Bizim Ali Baş Komandana, Azərbaycan dövlətinə inamımız sonsuzdur. Lakin atamın qaytarılması barədə bizə heç bir məlumat verilməyib”.