16 Dekabr 2020 08:01
444
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi dövlət başçısının tapşırığına uyğun olaraq, əhalinin təhlükəsizliyinin təmin olunması və mövcud problemlərin aradan qaldırılması məqsədilə fəaliyyət dairəsini genişləndirib, işğaldan azad edilmiş ərazilərimizdə müvafiq strukturlarının təşkilinə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bildirib.

“Artıq nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Füzili, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Kəlbəcər şəhərlərində və Xocavənd rayonunun Hadrut qəsəbəsində hissələri fəaliyyət göstərir. Bütün hissələr xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqlarla təchiz edilib. Bundan əlavə, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin müvafiq bölmələri Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavənd rayonlarında fəaliyyətə başlayıb”, - deyə nazir qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər