16 Dekabr 2020 12:02
887
12 Punto 14 Punto 16 Punto 18 Punto

COVID-19 həyatımızda xeyli dəyişikliklərə səbəb olub.

Teleqraf.com xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı bu gün keçirilən brifinqdə deyib:

"Mən çox məmnuniyyətlə müşahidə edirəm ki, Azərbaycanda insanlar qaydalara riayət edirlər. Bu gün yeni normalarla bir müddət yaşamalıyıq. Peyvəndlər müəyyən faizin üzərinə çıxana qədər bu qaydalara əməl etməliyik. Yeni normaları mümkün olduğu qədər bir-birimizə təbliğ etməliyik.

Qarşımızdakı 3 ay çox çətin dövrdür. Lakin qarşıdakı 1 il ərzində bu gigiyenik qaydalara riayət etməliyik".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər