Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev doğum günü münasibətilə təbrik məktubları göndərən insanlara təşəkkür edib.
Teleqraf.com-un məlumatına görə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində bununla bağlı video paylaşıb.
Həmin paylaşımı təqdim edirik:
Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür. Dövlət başçısının 59 yaşı tamam olur.