Rusiya sülhməramlıları üçün Dağlıq Qarabağın Qarakənd qəsəbəsində daha bir blok-modul şəhərciyi inşa olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.
Sülhməramlı kontingentin hərbi heyəti üçün inşa edilmiş yeni modul şəhərcikdə 60 nəfər məskunlaşıb.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyinin maddi-texniki mütəxəssisləri Xankəndi və ətrafında iki blok-modul şəhərciyi inşa etmişdi.