23 Oktyabr 2014 17:46
2 252
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən bacısı tərəfindən başı kəsilən 20 yaşlı Günel Etibar qızı Nuriyevanın yaşadığı Xudu Məmmədov küçəsi 18 ünvanı hazırda polis tərəfindən mühasirəyə alınıb və hadisəni törədən mərhumun bacısı Pərvanə Nuriyeva prokurorluğa aparılıb.

Azxeber.com-a Pərvanə və Günel bacılarını tanıyan və ailəyə yaxınlığı ilə bilinən bir oxucumuz çox ilginc faktlar açıqlayıb. Adının açıqlanmasını istəməyən oxucunun sözlərinə görə, Günel heç də yazıldığı kimi lezbiyan olmayıb. Onlar Şəkidən olublar və sadə ailənin üzvləridir. Oxucunun fikirlərinə görə, Pərvanənin psixi problemləri olub və buna görə evdə hər zaman dava düşürmüş.

Portalımızın "facebook" səhifəsinə müraciət edən bəzi oxucuların isə qızların atalarının Şəkidə biznesi olduğunu və varlı ailədən olduqlarını qeyd ediblər.

Qətl hadisəsini törədən Pərvanənin fotolarını təqdim edirik:


Müəllif:

Oxşar xəbərlər