Konstitusiya Məhkəməsinə yeni hakim təyin olunacaq.
Teleqraf.com xəbər verir ki, Humay Elçin qızı Əfəndiyevanın Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə namizədliyi irəli sürülüb.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında Humay Əfəndiyevanın hakim təyin olunması ilə bağlı məsələ müzakirə edilib.
Aparılan müzakirələrin sonra Humay Əfəndiyevanın hakim təyin olunması məsələsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Humay Əfəndiyeva Baş nazirin keçmiş müavini, xalq yazıçısı Elçin Əfəndiyevin qızıdır.