24 Fevral 2021 17:35
684
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda bir sutka ərzində düşən yağıntının miqdarı aylıq norma miqdarına yaxınlaşıb.

Teleqraf.com xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

O qeyd edib ki, yağıntı dünən axşamdan başlayıb və təxminən 24 saat ərzində qeydə alınıb:

“Hazırda bəzi yerlərdə arabir də olsa qar yağır, lakin artıq güclü deyil. Bu gecə qar səngiyəcək. Ən kəskin dövr geridə qaldı. Lakin gecə mənfi 9 dərəcə şaxtaya görə fevralın 25-i gecə və səhər yollar buz bağlayacaq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər