Bir qrup erməni zəvvar Rusiya sülhməramlı kontingentinin hərbi personalının müşayiəti ilə Kəlbəcərdəki Xudavəng monastır kompleksini ziyarət edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Əldə edilən razılaşmalar nəticəsində Azərbaycan Respublikasının hərbi qulluqçuları zəvvarları Rusiya sülhməramlılarının müşayiəti ilə sərbəst şəkildə kompleksin ərazisinə buraxırlar. Təhlükəsizliyi təmin etmək üçün Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqələrindən biri memarlıq kompleksi yaxınlığında yerləşir”, - açıqlamada qeyd olunub.