20 Mart 2021 10:32
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Biz güclü ordu yaratmışıq. Peşəkar ordu yaratmışıq. Qəhrəman ordu yaratmışıq. Hərbçilərimiz ən yüksək qiymətə layiqdirlər. Biz müharibə dövründə şəhidlər vermişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah onların yaxınlarına səbir versin".

Teleqraf.com-un xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşada Cıdır düzündə xalqa müraciət edərkən deyib.

"Biz Şuşanı qan tökərək azad etmişik, Şuşa uğrunda ciddi döyüşlər gedirdi. Laçın dəhlizi boyunca işğalçıların qalıqları səpələnmişdi, yüzlərlə, bəlkə də minə qədər işğalçı Şuşa döyüşlərində məhv edildi. Hərbçilərimiz sıldırım qayalardan qalxaraq, dərədən-təpədən, Xocavənd meşələrindən, cığırlardan keçərək yüngül silahlarla Şuşaya gəldilər. Yüngül silahlarla, tapançalarla, süngü-bıçaqla mübarizə apardıq. Amma bizə qarşı burada toplardan, tanklardan istifadə olundu. Amma düşmən bizim gücümüzü gördü, iradəmizi gördü, milli ruhumuzu gördü və məğlub oldu. Şuşanın azad edilməsi Vətən müharibəsində xüsusi yerə malik olan hadisədir. Şuşa bizim hədəfimiz idi və biz bu hədəfə doğru gedirdik. Şuşaya qədər azad edilmiş bütün torpaqlarda Azərbaycan Ordusunun yerləşməsi Şuşanın azad olunmasını da şərtləndirmişdi. Cəbrayıl rayonu, Suqovuşan, Hadrut, Xocavənd rayonunun böyük hissəsi, Zəngilan, Füzuli, Qubadlı rayonları, Laçın rayonunun cənub hissəsi, Kəlbəcər dağları, Murov dağı və ondan sonra Şuşa. Müharibə zamanı 300-dən çox kənd və şəhər azad edildi, düşmən məcbur oldu, diz çökdü, təslim oldu və noyabrın 10-da kapitulyasiya aktına imza atdı", - Prezident bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər