31 Mart 2021 11:05
1 134
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya müdafiə nazirinin müavini Dmitri Bulqakov Xankəndinə gəlib.

Axar.az xəbər verir ki, Xankəndində o, sülhməramlılar üçün 250 yerlik blok-modul şəhərciyinin açılışında iştirak edib.

O, sülhməramlılar üçün mobil şəhərciklərin 5 apreldən gec olmayaraq istifadəyə veriləcəyini bildirib.

Bulqakov aprelin sonuna qədər rus sülhməramlıları üçün mobil hospitalın açılacağını da söyləyib:

“Hazırda Dağlıq Qarabağda (keçmiş Dağlıq Qarabağ nəzərdə tutulur – red.) sülhməramlılar üçün 25 hərbi şəhərciyin inşası və istifadəyə verilməsi işləri gedir. Aprelin 5-dən gec olmayaraq, onların hamısı istifadəyə veriləcək”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər