1 Aprel 2021 11:45
524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Badamdar sürüşmə sahəsində birinci mərhələ üzrə işlər çərçivəsində keçən ilin oktyabr ayından başlayaraq eni 3.5 metr, dərinliyi 30 metr olan 3 quyunun qazıntısı tam başa çatdırılıb.

Teleqraf.com xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi "Azərinşaat" Layihə İnstitutunun Geoloji axtarış şöbəsinin rəisi Samir Vəliyev deyib.

Samir Vəliyev quyuların bütün konstruksiya və avadanlıqlarının Yaponiyadan gətirildiyini söyləyib:

"Bütün quyuların aşağı hissəsində layihəyə görə, 2 səviyyədən ibarət olmaqla ümumilikdə 63 ədəd uzunluqları 50 metr, diametri 40 mm olan üfüqi drenaj boru quraşdırılmalıdır. Sonda bu quyular dib səviyyəsində bir-biri ilə birləşməli və yığılmış sular ən aşağı quyu olan 1-ci quyunun dib səviyyəsindən öz axımı ilə kənarlaşdırılmalıdır.

Hazırda 1-ci və 2-ci quyularda uzunluğu 50 metr olan drenaj boruları və yığılmış suyu sahədən kənarlaşdırmaq üçün diametri 100 mm olan 132 metr uzunluqda yeraltı boru inşa edilib".

Samir Vəliyevin sözlərinə görə, ikinci mərhələ üzrə yamacın üst hissəsində birinci terrasın ankerlərlə birlikdə inşası yekunlaşıb:

"Növbəti terraslarda işlər drenaj quyularındakı işlər tam başa çatdırıldıqdan sonra davam etdiriləcək. Üçüncü mərhələdəki işlərə yalnız 1-ci və 2-ci mərhələdəki işlər qurtardıqdan sonra başlanılması nəzərdə tutulub".


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər